Bu il martın 12-də Los-Ancelesin Dolbi Teatrında keçiriləcək 95-ci “Oskar” mükafatına namizədlərin siyahısı açıqlanıb.
525.az Axşam.az-a istinadən həmin siyahını təqdim edir:
"Ən yaxşı film" nominasiyası üzrə:
"Avatar: Suyun Yolu"
"İnişerin Banşisi"
"Elvis"
"Qərb cəbhəsində hər şey sakitdir"
"Hər şey bir anda və hər yerdədir"
"Fabelmanlar"
"Tar"
"Top Gun: Maverik"
"Kədər üçbucağı"
"Qadınlar danışır"
Ən yaxşı kişi aktyor:
Ostin Batler ("Elvis")
Colin Farrell ("İnişerin banşisi")
Brendan Freyzer ("Balina")
Bill Nayi ("Yaşamaq")
Pol Meskal ("Mənim günəşim")
Ən yaxşı aktrisa:
Keyt Blaşet ("Tar")
Mişel Yeo ("Hər şey bir anda və hər yerdədir")
Ana de Armas ("Sarışın")
Andrea Riseboro ("Lesli üçün")
Mişel Uilyams ("Fabelmanlar")
Ən yaxşı rejissor:
Martin MakDona ("İnişerin Banşisi")
Den Kvan, Deniel Şaynert ("Hər şey bir anda və hər yerdədir")
Stiven Spilberq (“Fabelmans”)
Todd Field ("Tar")
Ruben Estlund ("Kədər üçbucağı")