525.Az

Nazirlik: “Uşaqlar xəstələnən kimi vitamin və sirop verilməsi düzgün deyil”


 

Nazirlik: “Uşaqlar xəstələnən kimi vitamin və sirop verilməsi düzgün deyil”<b style="color:red"></b>

"Uşaqları viruslardan profilaktik qorumaq üçün ən effektiv vasitə peyvəndləmədir".

525.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

Onun sözlərinə görə, maskadan istifadə, əlləri tez-tez yumaq, otağın havasını dəyişmək də profilaktik qorumaya daxildir.

Ə.Quliyev vurğulayıb ki, valideynlər uşaqlar xəstələnən kimi vitamin, sirop və ya təbii otlardan istifadə edir, amma bu düzgün deyil.

O bildirib ki, müalicə mütləq həkim tövsiyyəsi və nəzarəti altında olmalıdır: “Özbaşına müalicə başqa problemlərə səbəb ola bilər”.

 





25.01.2023    çap et  çap et