525.Az

Alman polisi Fransa bankının ofisinə basqın edib


 

Alman polisi Fransa bankının ofisinə basqın edib<b style="color:red"></b>

Alman polisi Fransanın "BNP Paribas" bankının Frankfurt ofisinə basqın edib.

525.az xəbər verir ki, alman səlahiyyətliləri, "cum-ex" kimi tanınan milyard avroluq vergidən yayınma sxemi ilə bağlı apardıqları araşdırmanın bir hissəsi olaraq Fransanın "BNP Paribas" bankının Frankfurt ofisində axtarış aparıb. Çərşənbə axşamından bu yana 130-a yaxın prokuror, vergi müfəttişi və polis əməkdaşı Almaniyanın üç əyalətində şəxsi iqamətgahlarda aparılan axtarışlarda iştirak edib.

Qeyd edək ki, "BNP Paribas" basqın haqda açıqlama verməyib.

Məhəmməd Tağıyev

 





25.01.2023    çap et  çap et