525.Az

Amazon hövzəsindəki meşələr təhlükə altındadır


 

Amazon hövzəsindəki meşələr təhlükə altındadır<b style="color:red"></b>

Ekspertlərin fikrincə, Amazon meşələrinin üçdə biri insan fəaliyyəti və quraqlıq nəticəsində məhv olub. 

525.az xəbər verir ki, tədqiqatçılar 9 ölkəni əhatə edən Amazon hövzəsində tropik meşələrin zərərini araşdırıblar. Nəticə zərərin əvvəllər qeydə alınanlardan qat-qat böyük olduğunu ortaya qoyub. 

Doqquz ölkənin sərhədləri daxilində yerləşən Amazon hövzəsini araşdıran ekspertlər; yanğınların, ağacların kəsilməsinin, quraqlığın və yaşayış mühitinin dəyişməsinin meşəyə təsirlərini təhlil edib. 

Məlum olub ki, 2001-ci ildən 2018-ci ilə qədər 2,5 milyon kvadrat kilometr meşə sahəsi məhv edilib. Bunun ən mühüm səbəbi quraqlıq və yanğınlardır. Bununla belə, intensiv ağac kəsmələri həm də 17 il ərzində minlərlə kvadrat kilometr ərazinin məhvinə səbəb olub. 

Qeyd edək ki, Amazonda şiddətli quraqlığın artdığını bildirən elm adamları yanğın təhlükəsinə qarşı xəbərdarlıq edib. 

Malik Atilay

 





30.01.2023    çap et  çap et