525.Az

Çexiyanın yeni prezidentinin andiçmə mərasiminin tarixi məlum olub


 

Çexiyanın yeni prezidentinin andiçmə mərasiminin tarixi məlum olub<b style="color:red"></b>

Çexiya yeni prezident Petr Pavelin andiçmə mərasiminin martın 9-da baş tutacağını açıqlayıb.

525.az xəbər verir ki, yanvarın 28-i seçilən Çexiyanın yeni prezidenti, istefada olan general Petr Pavelin andiçmə mərasimi mart ayında baş tutacaq. Bu barədə parlamentin aşağı palatasının spikeri məlumat yayıb.

Spikerin sözlərinə görə, inauqurasiya tarixi martın 9-na təyin edilib. Pekarova-Adamova tədbirin Praqa qəsrində keçiriləcəyini də qeyd edib. 

Havar Şəfiyeva

 





30.01.2023    çap et  çap et