525.Az

Azərbaycanın neft-qaz sektoruna sərmayələr artıb


 

Azərbaycanın neft-qaz sektoruna sərmayələr artıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral ayında Azərbaycanın neft-qaz sektoruna 777,3 mln. manat həcmində vəsait yönəldirilib ki, bu da illik müqayisədə 5,3% çoxdur.

525.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 737,9 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 400,4 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,3% azdır.

 





18.03.2023    çap et  çap et