525.Az

Putin Mariupola səfərə gedib


 

Putin Mariupola səfərə gedib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin Mariupola işgüzar səfərə gedib.

525.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin şəhərin bir sıra obyektlərinə gedib, yerli sakinlərlə görüşüb.

Onun Mariupola helikopterlə getdiyi qeyd olunub.

Səfər zamanı Baş nazirin müavini Marat Xusnullin şəhərdə və onun ətrafında aparılan tikinti-bərpa işlərinin gedişi barədə Rusiya liderinə ətraflı məlumat verib.

 





19.03.2023    çap et  çap et