Ağstafa şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
525.az "Report"a istinadən xəbər verir ki, minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1987-ci il təvəllüdlü C.Musayev, 1993-cü il təvəllüdlü E.Ramazanlı və 1994-cü il təvəllüdlü S.Baxışəlizadə xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.