525.Az

Xərçəngə qalib gəldi, 531 gündən sonra meydana çıxdı


 

Xərçəngə qalib gəldi, 531 gündən sonra meydana çıxdı<b style="color:red"></b>

İngiltərənin “Bornmut” klubunun xərçəng xəstəliyinə qalib gələn futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə oyuna çıxıb.

525.az qol.az-a istinadən xəbər verir ki, uesli yarımmüdafiəçi İngiltərə Premyer Liqanın 28-ci turunun “Aston Villa” ilə matçın (0:3) 79-cu dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçiyə 2021-ci ilin oktyabrında limfa düyünlərinin xərçəngi diaqnozu qoyulub. 2022-ci ilin avqustunda klub onunla müqaviləni uzadaraq futbolçuya jest edib. "Mançester Siti"nin yetirməsi olan futbolçu 2018-ci ildən "Bornmut"da çıxış edir.

 





19.03.2023    çap et  çap et