525.Az

"Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır" - Mirzoyan


 

"Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır" <b style="color:red"> - Mirzoyan</b>

"Ermənistan bütün kommunikasiya əlaqələrini açmağa hazırdır".

525.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin “Əl Qahirə nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında müzakirələrin fərqli komponentləri var: “Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir”.

Nazirin sözlərinə görə, kommunikasiya məsələsində mövqelər üst-üstə düşür.

“2020-ci ildə baş vermiş müharibədən sonra sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar davam edir”, - A.Mirzoyan söyləyib ("Report").

 





24.03.2023    çap et  çap et