525.Az

Xankəndi-Laçın yolunda aksiyanın 106-cı günü


 

Xankəndi-Laçın yolunda aksiyanın 106-cı günü<b style="color:red"></b>

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası davam edir.

525.az xəbər verir ki, 106 gündür aksiyaya fasilə verməyən eko-fəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayan aksiya iştirakçıları yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər. 

Aksiya iştirakçılarının tələbləri dəyişməz olaraq qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb. Rusiya sülhməramlılarının nəzarətindəki yolun Şuşadan keçən hissəsində davam edən etiraz aksiyasında azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin əsas tələbləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulmasıdır.

Loğman Avaz

 





27.03.2023    çap et  çap et