525.Az

Ağdaş sakinində qanunsuz odlu silah aşkarlanıb


 

Ağdaş sakinində qanunsuz odlu silah aşkarlanıb<b style="color:red"></b>


Ağdaş sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

525.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Keçirilən tədbir zamanı rayonun Aşağı Ləki kənd sakini Elim Abdullayevdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 





27.03.2023    çap et  çap et