Azərbaycan Milli Elmlər Akademiyası Avrasiya Universitetlər Birliyinin (EURAS) rəsmi üzvlüyünə qəbul edilib.
Bu barədə 525.az-a akademiyadan məlumat verilib.
Bildirilib ki, EURAS-ın prezidenti professor Mustafa Aydın bununla bağlı üzvlük sertifikatını AMEA rəhbərliyinə göndərib.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası bundan sonra EURAS tərəfindən təmin edilən bütün imtiyazlardan və üstünlüklərdən istifadə etmək hüququna malikdir.
Sevinc Qarayeva