Fransanın paytaxtı Parisdə 5 bankın baş ofisində vergidən yayınma şübhəsi ilə axtarış aparılıb.
525.az Fransa mediasına istinadən xəbər verir ki, Milli Maliyyə Prokurorluğu (PNF) Societe Generale, BNP Paribas, Exane, Natixis və HSBC banklarında axtarışlar aparır. Prokurorluq bu 5 bankın La Defense bölgəsindəki qərargahına ixtisaslı pulları yuma və vergidən yayınmaya görə basqın edib. Axtarışın 2021-ci ilin dekabrında açılmış ilkin araşdırmalar çərçivəsində aparıldığı bildirilib.
Qeyd edək ki, Avropada, xüsusilə Almaniya və Niderlandda bənzər araşdırmalar aparılır. Belə "Cum-Ex"lərin (hüquqi araşdırma - red.) Avropa miqyasında 20 ildə 140 milyard avroya başa gəldiyi təxmin edilir.
Məhəmməd Tağıyev