525.Az

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 56 avtomobili maneəsiz keçib


 

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 56 avtomobili maneəsiz keçib<b style="color:red"></b>

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkətinə növbəti dəfə şərait yaradılıb.

525.az xəbər verir ki, 1 minik və 10 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bu gün ümumilikdə 56 humanitar yardım maşınının keçidinə heç bir məhdudiyyət qoyulmayıb.

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 107 gündür davam edir.

Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarətindəki yolun Şuşadan keçən hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Loğman Avaz

 





28.03.2023    çap et  çap et