Bilmag tv-nin “Sənədli tarix – təkzibolunmaz dəlillər” seriyasından hazırladığı qısa film maraqlı faktlara işıq salır.
Martın 15-də S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası ilə birgə fəaliyyət haqqında gizli saziş bağladı. Azərbaycan ərazisində etnik təmizləməyə başlamaq üçün bolşevik libası geymiş erməni Şaumyana sadəcə, bir bəhanə lazım idı.
1918-ci ilin yanvarında Müsəlman Korpusunun komandanı general-mayor Əsəd bəy Talışinskinin Bakıda həbs edilməsi şəhərin dinc azərbaycanlı əhalisinin etirazına səbəb olmuşdu. Mart ayında Bakıda siyasi vəziyyəti gərginləşdirən digər bir hadisə isə Bakı Sovetinə seçkilərdə azərbaycanlıların ən böyük milli partiyası olan “Müsavat” partiyasının böyük səs çoxluğu ilə qələbə qazanması idi. Və nəhayət əsas bəhanə!
Martın 29-da Bakı Soveti “Evelina” gəmisi ilə Lənkərana getmək istəyən müsəlman əsgərlərini tərksilah etmək haqqında əmr verir. Martın 30-da azərbaycanlı əhali əsgərlərin silahlarının geri qaytarılmasını tələb edir. Və erməni kilsəsinin yanında cəmləşmiş daşnak dəstələri tərəfindən saat 17:00-da ilk atəş açılır. Dinc əhali əvvəldən təlimatlanmış ordu ilə üz-üzə qalır. Bununla da, S.Şaumyanın təxribat planı baş tutur.
Bolşevik-daşnak hərbi birləşmələri Bakıdan başqa Azərbaycanı digər şəhərlərində də soyqırımını xüsusi amansızlıqla həyata keçirdilər. Erməni qulduru Andranik 1918-ci ilin mayından 1919-cu ilin martınadək Göyçədən Urmiya hövzəsinə qədər və Zəngəzuradək böyük bir coğrafiyada 100 min nəfərdən artıq azərbaycanlı əhalini soyqırımına məruz qoydu. 1920-ci ilin martında “Nyu York Tayms” qəzetində 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və ətraf bölgələrdə Bakı Sovetinin “Daşnaksütyun” partiyası ilə birlikdə azərbaycanlılara qarşı milli qırğın törətməsindən bəhs edilir…
Filmi tv-nin "YouTube" kanalından izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=5B0WxRDJfTY