525.Az

İranın hərbi müşaviri İsrailin hava hücumu nəticəsində öldürülüb


 

İranın hərbi müşaviri İsrailin hava hücumu nəticəsində öldürülüb<b style="color:red"></b>

Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi məsləhətçi vəzifəsində çalışan zabiti öldürülüb.

525.az xəbər verir ki, bu barədə qurumun ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İran təşkilatının bəyanatında deyilir: “Suriyada hərbi müşavir vəzifəsində çalışan zabit Milad Heydəri sionist rejimin Dəməşq ətrafında həyata keçirdiyi cinayətkar hücum nəticəsində şəhid olub”.

İran İslam İnqilabı Keşikçiləri Korpusu beynəlxalq təşkilatların “sionist rejimin təcavüzkar hərəkətləri və Suriyanın suverenliyi və ərazi bütövlüyünü daim pozması” ilə bağlı fəaliyyətsizliyini pisləyir.

Qeyd edək ki, bundan əvvəl İsrailin Dəməşqin ətrafına raket hücumu nəticəsində iki suriyalı hərbçi yaralanıb. Suriya Müdafiə Nazirliyi İsrailin bir neçə raket atdığını, Suriya Hava Hücumundan Müdafiə Sistemlərinin isə onlardan bəzilərini vurduğunu bildirib.

Havar Şəfiyeva

 





31.03.2023    çap et  çap et