525.Az

Seneqalda quş qripi epidemiyası aşkarlanıb


 

Seneqalda quş qripi epidemiyası aşkarlanıb<b style="color:red"></b>

Seneqalda 2 fermada quş qripi epidemiyasının baş verdiyi açıqlanıb. 

525.az baş ofisi Parisdə olan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) verdiyi açıqlamaya əsasən bildirir ki, martın 12-də Seneqalın şimalındakı "Langue de Barbarie" Milli Parkının 37 kilometrliyindəki quşçuluq fermasında və cənub-qərbdə bir quşçuluq fermasında ölü quşlar tapılıb. 

Martın 18-də qrip epidemiyasının aşkarlandığı açıqlanıb. Açıqlamada, 2 epidemiyanın böyük ehtimalla bir-biri ilə əlaqəli olduğu qeyd edilib. "Langue de Barbarie" Milli Parkının martın 25-də verdiyi açıqlamada, 8-24 mart tarixləri arasında parkda 891 quş qripi hadisəsinin görüldüyü bildirilib.

Malik Atilay

 





31.03.2023    çap et  çap et