525.Az

İspaniyada fəallar parlament binasına qırmızı boya atıblar


 

İspaniyada fəallar parlament binasına qırmızı boya atıblar<b style="color:red"></b>

İspaniyadakı iqlim dəyişikliyi probleminə qarşı passiv olduqları səbəbiylə siyasətçilərə etiraz edən bir qrup fəal Madriddəki parlament binasına qırmızı boya atıblar.

525.az İspaniya KİV-ə istinadən xəbər verir ki, iqlim dəyişikliyinə qarşı mübarizə aparan Sönmüş Nəsil və Vegetarian Gələcək adlı qeyri-hökumət təşkilatlarına (QHT) bağlı bir qrup gənc İspaniya parlamenti qarşısında etiraz aksiyası keçirib. 

Eko-aktivistlər parlament binasının əsas girişinə qırmızı boya ataraq, “İqlim ədaləti indi”, “Biz heç nə edilməməkdən bezmişik, hərəkətə keç”, “Parlamentdəki aksiyamızdan 1 il keçir, amma bizim hökumət heç nə etməməyə davam edir” şüarları səsləndiriblər.

Malik Atilay

 





31.03.2023    çap et  çap et