525.Az

Qəza zamanı piyada xəsarət alıb


 

Qəza zamanı piyada xəsarət alıb<b style="color:red"></b>

Bakının Nərimanov rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə Fətəli Xan Xoyski küçəsində baş verib.

Belə ki, 1973-cü il təvəllüdlü Ağayeva Afaq Elya qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 





02.04.2023    çap et  çap et