525.Az

Cüdoçularımız Böyük Dəbilqəni iki medalla başa vurublar


 

Cüdoçularımız Böyük Dəbilqəni iki medalla başa vurublar<b style="color:red"></b>

Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqəni iki medalla başa vurublar.

525.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılardan Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medala sahib çıxıb.

 





02.04.2023    çap et  çap et