525.Az

"Ümid edirəm ki, seçkilərdən sonra İrəvan və Ankara münasibətlərinin normallaşması davam edəcək" - Paşinyan


 

"Ümid edirəm ki, seçkilərdən sonra İrəvan və Ankara münasibətlərinin normallaşması davam edəcək" <b style="color:red"> - Paşinyan</b>

"Ümid edirəm ki, Türkiyədə prezident seçkilərindən sonra İrəvan və Ankara münasibətlərin normallaşması prosesini davam etdirəcək".

525.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Baş nazir parlamentdə bildirib ki, Rusiya, Aİ, İran, Gürcüstan kimi tərəfdaşlarla əlaqələrin inkişafı da gündəmdədir.

O, həmçinin regionda və dünyada “qeyri-adi vəziyyətin” yarandığını xatırladıb. Paşinyan bir daha vurğulayıb ki, Ermənistanın xarici təhlükəsizliyini təmin etməyin yeganə yolu sülhdür.

 





29.05.2023    çap et  çap et