525.Az

Türkiyə Kosovaya hərbi qüvvə göndərir


 

Türkiyə Kosovaya hərbi qüvvə göndərir<b style="color:red"></b>

Türkiyə Silahlı Qüvvələrinin (SQ) 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına aid heyəti NATO-nun tərkibində Kosovaya yollanır.

525.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qoşunların Kosovadakı Sultan Murat kazarmasında yerləşəcəyi gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Kosovanın şimalında serblərlə NATO bölmələri toqquşma olmuşdu.

 





03.06.2023    çap et  çap et