525.Az

Türkiyənin yeni xarici işlər naziri Azərbaycana səfər edəcək


 

Türkiyənin yeni xarici işlər naziri Azərbaycana səfər edəcək<b style="color:red"></b>

Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov telefon danışığında Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidanı ölkəmizə səfərə dəvət edib.

Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.

Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

 





04.06.2023    çap et  çap et