525.Az

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


 

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "525.az"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 965 844, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 526, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 932, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 148, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 238 təşkil edir.

 





04.06.2023    çap et  çap et