525.Az

Xarici qonaqlar AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər


 

Xarici qonaqlar AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər<b style="color:red"></b>

Bakıda səfərdə olan Almaniyanın Təbiət Elmləri üzrə Peşəkar Kollecinin professoru Josef Braydenbax və yoldaşı Kristen Braydenbax, Qrunt suları stansiyası və təmizləyici qurğuları” layihəsinin rəhbəri Kristina Veis və Ludviqhafen tullantı su təmizləyici qurğuları laboratoriyasının müdir müavini Kristian Ket “Azərsu” ASC Mərkəzi laboratoriyasının müdiri Elçin Əliyevin müşayiəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasında qonaq olublar.

525.az xəbər verir ki, qonaqları MEK-in baş direktoru, professor Məmməd Əliyev qarşılayaraq onlara kitabxana haqqında ümumi məlumat verib.

Qeyd edib ki, Mərkəzi Elmi Kitabxana xarici ölkələrin qurumları ilə uğurlu əməkdaşlıq fəaliyyəti həyata keçirir. Baş direktor həmin ölkələrin sırasında Almaniyanın xüsusi yeri olduğunu da bildirib. Görüş zamanı qonaqlara MEK tərəfindən simvolik hədiyyələr də təqdim edilib.

Daha sonra qonaqları MEK-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Züriyə Qarayeva və Cavid Məmmədli kitabxana ilə yaxından tanış ediblər.

Onlar Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondu, Akademiklər zalında yerləşən və dünya dövlətlərinin səfirlikləri tərəfindən hədiyyə edilən nəşrlərdən ibarət Diplomatik fondda, eləcə də Nadir kitablar və qiymətli nəşrlər fondunda olublar. Burada toplanan nəşrlər, xüsusilə də nadir və qiymətli kitablar qonaqların böyük marağına səbəb olub.

MEK-də mühafizə edilən almandilli nəşrlər ətrafında fikir mübadiləsi aparıblar.

 





05.06.2023    çap et  çap et