Qubada yeni peşə təhsili müəssisəsinin layihələndirilməsi aparılır. Bu təhsil müəssisəsi 2025-ci ildə istifadəyə veriləcək.
525.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Qax, Tovuz və digər regionlarda peşə təhsili müəssisəsinin tikilməsi planlaşdırılır.
Sevinc Qarayeva