525.Az

Süni intellekt üçün yeni xəbərdarlıq


 

Süni intellekt üçün yeni xəbərdarlıq<b style="color:red"></b>

Süni intellekt sahəsində çalışan onlarla rəhbər və akademik bu texnologiyanın "qlobal məhvinə" qarşı tədbir görülməli olduğunu bildirərək bəyanat yayıb. 

525.az xarici mediaya istinadən xəbər verir ki, bəyanat San-Fransiskoda yerləşən tədqiqat və qeyri-kommersiya təşkilatı olan Süni İntellekt Təhlükəsizliyi Mərkəzi (CAIS) tərəfindən dərc edilib. 

"OpenAI"ın baş direktoru Sam Altman, süni intellektin “xaç atası” Geoffrey Hinton, "Google DeepMind" və "Anthropic" şirkətlərinin rəhbərləri və baş tədqiqatçıları, "Microsoft"un baş texnologiya direktoru Kevin Skott; İnternet təhlükəsizliyi və kriptoqrafiya üzrə qabaqcıl Bruce Schneier; iqlim müdafiəçisi və ekoloq Bill McKibben, musiqiçi Qrayms bəyanatı imzalayanlar arasındadırlar. 

Bəyanatda deyilir ki, "süni intellekt nüvə müharibəsi qədər təhlükəlidir. Bu, insan övladının yox olmasına səbəb ola bilər". 

Artan sayda qanunvericilər, müdafiə qrupları və texnoloqlar süni intellektlə işləyən chatbotların dezinformasiya yaymaq və iş yerlərini məhv etmək potensialı barədə xəbərdarlıq ediblər.

Malik Atilay

 





07.06.2023    çap et  çap et