525.Az

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib


 

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib<b style="color:red"></b>

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

525.az APA-ya istinadən xəbər verir ki, o, 7 namizəd arasından 321 səslə sədr seçilib və növbəti 5 ildə bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Türkiyədə 28 may 2023-cü ildə keçirilən Prezident seçkilərindən sonra müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edirdi.

 





07.06.2023    çap et  çap et