525.Az

“Teatral Studiya Uşaq Aktyorluq Akademiyası”ndan yeni tamaşa


 

“Teatral Studiya Uşaq Aktyorluq Akademiyası”ndan yeni tamaşa<b style="color:red"></b>

Artıq bir neçə ildir ki, balaca aktyorları ilə yeni səhnə əsərləri və social çarxlara imza atan “Teatral Studiya Uşaq Aktyorluq Akademiyası” yeni səhnə əsərini tamaşaçılara təqdim edib.

525.az xəbər verir ki, yazıçı-dramaturq Pərvinin “Ana təbiət” adlı uşaq pyesinin motivləri əsasında hazırlanan tamaşada əsas rolları “Teatral” şagirdləri canlandırıblar. Maarifləndirici xarakterli səhnə əsəri yeni nəsilləri təbiəti qorumağa, onu ana kimi əziz tutmağa çağırır.

Tamaşanın ssenari müəllifi və rejissoru Səbinə Məmmədzadə, Xoreoqrafı Nurlan Rzazadə, geyim üzrə rəssam Səadət Abdullayevadır. Tamaşa Ümummilli lider Heydər Əliyevin 100 illiyinə ithaf olunub və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günündə Şağan Mədəniyyət Mərkəzi və “İdeovate Consulting”in birgə lahiyəsi kimi tamaşaçılara təqdim edilib. Balaca qəhrəmanın yuxusu ilə başlanan tamaşa mistik ab-havası ilə uşaqları təsirləndirib. Həmçinin dinamik və əyləncəli üslubda quruluş əsl bayram ovqatının yaranmasına səbəb olub.

Nəzrin 

 





08.06.2023    çap et  çap et