Tanınmış həkim, mama ginekoloq Əziz Cahangir oğlu Rəfibəyov Rusiya Elmlər Akademiyasının Professoru adını alıb.
525.az "Səs" qəzetinə istinadən xəbər verir ki, 1972-ci il martın 13-də Qırğızıstan Respublikasının Bişkek şəhərində anadan olan Əziz Rəfibəyov 1989-cu ildə Qırğızıstan Dövlət Tibb Akademiyasına daxil olub. 1997-ci ildə ali məktəbi bitirdikdən sonra 2 il ərzində "Mamalıq və ginekologiya" üzrə kliniki ordinatura keçib.1999-cu ildə Azərbaycana gələrək Sumqayıt şəhəri 2 saylı doğum evində mama ginekoloq vəzifəsində çalışan Ə.Rəfibəyov 2000-ci ildə KDTA-nın aspiranturasına daxil olur və 2003-cü ildə bitirib.
"Xoşxassəli şişlərin yaranması və qadın reproduktiv sistemində hiperplastik proseslere qalxanabənzər vəzin hipofunksiyasının təsiri" mövzusunda dissertasiya müdafiə edən Əziz Rəfibəyov tibb elmləri namizədi adına layiq görülüb.
Bir müddət Bişkek şəhərində Respublika doğum evində mama ginekoloq vəzifəsində çalışan azərbaycanlı həkim, 2014-cü ildə Bakıda sertifikasiya komissiyasından keçir. Əziz Rəfibəyov 2017-ci ildə Rusiyanın Kazan şəhərində Ginekologiyada endoskopik cərrahiyyə kursu və Moskvada Mamalıqda təxirəsalınmaz hallar mövzusunda kurs keçib. 20-yə yaxın elmi məqalələrin müəllifi olan Rəfibəyov 2023-cü ildə Rusiya Elmlər Akademiyasının Professoru adını almışdır.Hazırda German Hospitalda mama-ginekoloq vəzifəsində çalışır.