Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək.
525.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.
Qeyd edək ki, bu, Türkiyədə bir dövlət ənənəsidir.
Xatırladaq ki, bu il mayın 28-də Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib.