525.Az

Bayden seçkilərə müdaxilədə ittiham olunur


 

Bayden seçkilərə müdaxilədə ittiham olunur<b style="color:red"></b>

ABŞ-nin respublikaçı konqresmeni Eliza Stefanik ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı yeni ittihamlar fonunda hazırkı Amerika lideri Cozef Baydenin əli olduğunu iddia edib.

525.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Stefanikin sözlərinə görə, Bayden ABŞ Ədliyyə Nazirliyindən 2024-cü ildə keçiriləcək prezident seçkilərində əsas rəqibi olan Trampa təzyiq göstərib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti Amerikanın hazırkı lideri Co Baydenin hərəkətlərini pisləmişdi.

Havar Şəfiyeva

 





09.06.2023    çap et  çap et