Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda qalmayacaq.
525.az-ın məlumatına görə, bu barədə "Report"a klubun icraçı direktoru Mustafa Göksu açıqlama verib.
O bildirib ki, məşqçilər heyəti 25 yaşlı hücumçunun xidmətində maraqlı deyil.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. O, 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib.