525.Az

Qənirə Paşayeva Qazaxıstana səfər edəcək


 

Qənirə Paşayeva Qazaxıstana səfər edəcək<b style="color:red"></b>

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva iyunun 12-də Qazaxıstanın Almatı şəhərinə səfər edəcək.

525.az-a bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Millət vəkili Al-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində deputatımız, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı bir sıra tədbirlərə də qatılacaq.

Səfər iyunun 19-da başa çatacaq.

 





10.06.2023    çap et  çap et