(Əvvəli ötən çərşənbə saylarımızda)
Xoşlanmaq üçün Ariel Alonsonun oğlu Ferdinandla buksirdə qayıtdı. Prosperodan başqa, Ariel hamı üçün gözə görünməz idi, lakin Ferdinand ruhun oxuduğu mahnıya görə onun arxasınca gedirdi və Mirandanın yanına gəlib çıxdı.
Miranda ağlına gətirə bilməzdi ki, ilk dəfə gördüyü bu adam heç də nə onun sifəti qırışmış atası və nə də eybəcərləşmiş Kanibal deyil. Ferdinandın başı bu vaxt az gicəllənmədi, qıza vəd etdi ki, onu Neapolun kraliçası edəcəkdir.
Lakin Prosperonun oyunu hələ yenicə başlayırdı, o, Ferdinandı dustaqlıqdan azad etdi və gənc şahzadə etiraz edəndə, o, sehrindən istifadə etdi ki, onu hərəkətsiz etsin. Miranda etiraz etdi, lakin Ferdinand təsəlli tapdı ki, o, öz yeni məhəbbətini görə bilir. Adada üç müxtəlif yer var idi, üzüb sahilə gələnlərə, həmçinin, oğlunu itirdiyinə görə dəli kimi olana, üz göstərilmədi. Lord krala dedi ki, onun oğlu Ferdinandı salamat üzən gördü. Lakin Alonso ona inanmırdı. Alonsonun qardaşı Sebastyan və Milanın uzurpator hersoqu Antonio gəmi qəzasının üstünə işıq saldılar. Mərifətli qoca kübar Qonsalo özünü cənnət adasının hökmdarı təsəvvür etdi, onlarsa ona gülürdülər. Qrupun gözünə görünməyən Ariel musiqi çalırdı, Sebastyan və Antoniodan başqa hamını yatırtdı. İki adam yatan kralı müşahidə edəndə, Antonio Sebastyanı qızışdırdı ki, öz qardaşını öldürsün, bu yolla o, Neapol taxt-tacına sahib ola bilərdi. Lakin Ariel Qonsalonun qulağına mahnı oxudu və əclaflar hərəkət etməmişdən əvvəl, qrupu yuxudan oyatdı.
Adanın bir yerində sarayın təlxəyi Kaniballa görüşdü və onun görünüşündən dəhşətə gəldi. Onlar Alonsonun saray xidməti başçısı Stefanoya qoşuldular. Stefano lovğalanırdı ki, kralın gəmisindən şərab yükünü o, xilas etmişdir. Kanibal çoxlu likor içib doymuşdu, içki o saatca onun başına vurmuşdu.
O, Stefanonun allah olmasını elan etdi və onun ayaqlarını öpdü. Xidmət etdiyi tirandan azad olmaq şansını görüb, Kanibala təklif etdi ki, Stefanoya və Trinkuloya adanı göstərsin. Stefano Alonsonun öldüyünə inanıb, özünü kral Stefano kimi təsəvvür etdi. Pozğun üçlük sonra sehrli adanı tədqiq etməyə başladılar.
Prosperonun işləməyə cəlb etdiyi Ferdinand şalban daşıyırdı və sevdiyi Mirandanı arzulayırdı. Prospero uzaqdan gizlincə onu müşahidə etməklə, Mirandanın bu gənc kişiyə qoşulduğunu gördü. Qız ona dincəlməsini təklif etdi və onun əvəzinə özü bu işi görəcəyi barədəki dediyi sözləri atası da eşitdi. Onlar tək olduqlarını güman edib, bir-birinə öz məhəbbətlərini elan etdilər və evlənmək barədə ikisi də and içmə mübadiləsi etdilər. Mirandanın xoşbəxt, həm də gözüyaşlı olduğunu görüb, Prospero "iki adamın qəflətən görüşü daha nadir bir vurğunluqdur" hissi ilə təsirləndi; lakin o, hələ qarşıda çox şeyi etməli idi.
Stefano, Trinkulo və Kanibal sərxoş vəziyyətdə adada ayaqları dolaşa-dolaşa gəzəndə, gözə görünməz Ariel onların utancaqlığını bildirən səslərini təqlid etməyi də əlavə etdi, onları tütək çalmaqla qorxutdu. Kanibal açıb dedi ki, əgər Prosperoya məxsus olan kitablar məhv edilsə, o, yoxa çıxacaqdır, çünki həmin vaxt onu öldürmək olar və gözəl Mirandanı isə Stefano özünə arvad və kraliça kimi götürə bilər. Çox tez dəyişən bir adam olan Arielin bu vaxt öz ağası Prosperoya xəbər kimi çatdırmalı çox sözləri var idi.
Adanın başqa bir hissəsində Alonso, Sebastyan, Antonio və digərləri ac olmaqla, taqətdən düşmüşdülər. Onlara işgəncə verən Prospero qeyri-adi bir şəkildə çağırış edir, bu vaxt yanlarına gəlib, onları ziyafətə dəvət edir. Lakin Ariel arfa musiqi aləti kimi maskalanıb, qanadlarını çırpır və ziyafət yoxa çıxır. Prospero tərəfindən o, gözə görünməyən olmaqla, kübarlara təqdim olunur. Ariel vaxtilə Milandan Prosperonun arxasınca düşən qrupu cəzalandırır və izah edir ki, tufan özü də təbiətin cəzası idi. Ariel qeybə çəkiləndə, Alonso, Sebastyan və Antonio elə titrəyirlər ki, Qonsalo onları öz "böyük ölçülərində" görür.
Prospero Ferdinandı onun zirzəmisindən çağırır və ona Mirandanın əlini təklif edir. Lakin təkid edir ki, onlar öz toy gününə qədər bakirə qalsınlar. Ferdinand təvazökar qaydada razılaşır. Məhəbbət cütlüyündən qürur duyan Prospero maskalı qaydada olan və ya bir karnaval gəzintisi təşkil edir ki, ruhların, nimfaların gücü ilə bayram keçirilsin.
Prospero Stefanonu, Trinkulonu və Kanibalı yadına salanda, festivallar qəflətən sona çatır. Ferdinandoya və Mirandaya gizlənməyi tapşırmaqla, Prtospero Arielə göstəriş verir ki, ona trio - musiqiçilər üçlüyü gətirsin. Yuxarıda adları çəkilənlər at gölməçəsinə düşdüklərinə görə islanmışdılar. Həmişəkindən çox içmiş şəkildə olmaqla nə Prosperonu, nə də Arieli görə bilirdilər. Prospero deyir ki, Alonso oğlunu itirdiyi kimi, mən də qızımı itirmişdim. Sonra o, bunun nəyə görə olduğunu izah etdi. Çiçəklər teatr qaydasında açılan kimi, o, açıb deyir ki, Ferdinand zirzəmidə Miranda ilə şahmat oynayır. Alonso öz oğlu ilə sevinclə birləşir. Oğlu elan edir ki, o, Mirandaya evlənməlidir. Qonsalo şad şəkildə qərara gəlir ki, sıxışdırılıb çıxarılmış Milan hersoqunun törəməsi nə vaxtsa Neapolun kralı olacaqdır.
Kralın flaqman gəmisi üzməyə hazır olanda, Ariel Stefanonu, Trinkulonu və Kanibalı təqdim edir. Onu öldürmək üçün qəsd düzəltdiklərinə görə Prospero qonaqlarını ələ salsa da, lakin həm də onları bağışladı. Qəflətən günahını boynuna alan Kanibal bəyan etdi ki, "bundan sonra müdrik" olacaqdır./ Və yaxşı yanaşma axtaracaqdır". Prospero kraldan və onun sarayından, onların hamısı Ferdinandın və Mirandanın toyunu hazırlamaq üçün Neapola qayıtmamışdan əvvəl, gecəni onun zirzəmisində keçirməyi xahiş edir. Prospero Arielə göstəriş verdi ki, dənizdə sakitliyi və səfər üçün güclü külək əsməsini təmin etsin (güclü külək yelkənləri doldurub, gəminin sürətlə üzməsini təmin edir) və sonra həmişə loyal olduğu qul ruhundan onu azad olsun.
Tək qalanda, özünün sehrliliyini məhkum edən Prospero auditoriyaya tərəf dönüb və tamaşaçılardan "öz yaxşı əlləri ilə" onu alqışlamağı xahiş edir ki, azad buraxılsın "və ya həm də mənim layihəm uğursuzluğa uğradı./ Bu da sizin xoşunuza gəlir".
Bu qısa pyes oxucular üçün az sayda problemləri təqdim edirdi, çünki qəsdin inkişafı daim başlıca protoqonistlər, Areiel və Prospero tərəfindən qiymətləndirilirdi. Həm də şadlanan ruhlardan aşağıda komik səfehliklər və şirin məhəbbət danışırdı, tutqun narahatlıqlar pyesi aşağı səviyyədəkilərin etdikləri zarafatlara məruz qoyurdu.
"Tufan" beləliklə, istənilən yaşdan ötəri təzə niyyət üçün danışmağı bacarırdı. Bu gün psixologiya tərəfindən onun planlaşılması daha populyardır. Həm də "Tufan" pyesi özünü zamana tabe olmayan bir alleqoriya kimi təqdim edilir, öz tamaşaçısı üzərində sehrli qaydada hökmranlıq edir. Prosperoya bənzər qaydada Şekspir özünün səhnə ustası olduğunu göstərir.
Şekspirin dramatik olmayan poeziyası
Şekspirin hekayət poemaları sağlığında da onu məşhurlaşdırmışdı. Bu gün lirik poemalar, sonetlər də onun ən böyük əsərləri arasında yer tutur.
Şekspirin öz dövründə, 28 yaşına çatanda Londonun teatr sahəsində artıq populyar dramaturq kimi tanınırdı. Buna baxmayaraq, həmin 1592-ci ildə şəhərdə taun epidemiyası yayıldı və Londonun ictimai teatrları iki ilə yaxın müddətdə bağlandı. Bu vaxt bir sıra teatr kompaniyaları kənd yerlərinə səfər edirdi, teatr istedadları paytaxtda qalmaqla, yaşamaq üçün qazanc əldə etməkdən ötəri yeni yollar axtarmalı olurdular. Şekspir də poeziya yazmağa tərəf döndü.
Güman ki, Şekspir özünün ədəbi prestijinin yüksəlməsindən istifadə etmək üçün vaxtın yetişdiyini hiss etdi. Elizabet İngiltərəsində bir sıra yazıçılar dramaturq kimi deyil, şair kimi ədəbi statusa yiyələnmişdilər. Drama heç də centlemen incəsənəti hesab olunmurdu. Klassik mövzulardan istifadə edərək, yüksək ruhda yazılmış poemalar Şekspirin yenidən tanınmasını üstələyirdi və poemaların əksəriyyəti, nəhayət, erotik xarakter daşıyırdısa, komik olmaqla yanaşı və könülə də təsir göstərirdisə, həmçinin, populyarlıq qazanır və mənfəət gətirirdi.
Şekspir həmçinin sosial təzyiqin və öz ambisiyasının təsiri ilə şeirlər yazmağa keçdi. 1593-cü ildən başlayaraq bir neçə il ərzində, yəqin ki, özünün məşhur sonetlərini yazdı, onlar inanılmış oxucular arasında dövr etməyə başladı. Bu 1609-cu ildə "Şekspir sonetləri" adı altında nəşr edilən kimi meydana çıxana qədər, onların bəyənilib, bəyənilməməsi məlum deyildi. Lakin sonra artıq elə bir səbəbə yiyələndi ki, hətta məşhurlaşan poemaları ictimai araşdırmalara məruz qaldı.
Bir sıra naşirlər onun sağlığında iki hekayət poemasını çap etdilər, bunlardan biri "Venera və Adonis", ikincisi isə "Lukretsiyanın zorlanması" olmaqla, onlar böyük ədəbi uğur qazanırdı.
Kvarto adlanmaqla, xüsusi çap formatı olan nəşrlərdə onlar yenidən tirajlanmaqla kitab kimi satılmağa yararlı oldu və nəhəng populyarlıq qazandılar. Erotik hissələr və incə Elizabet şeirlərinə bərabər sayılanlar xüsusən populyar oldu.
Baxmayaraq ki, bu uzun poemalar arzunu imtahan edirdi, onlar mövzuda, formada və tonda müxtəlif olsalar da, "Venera və Adonis" Veneranı alternativ qaydada, seksual məhəbbət daşıyıcısı olan ilahə kimi və seksdən dəli olan bir təlxək kimi göstərilir. Onun əksinə, "Lukretsiyanın zorlanması" qədim romalı qadının ərinin dostu tərəfindən zorlanması əhvalatını detallarla təsvir edir, insan vicdanının narahat künclərini imtahana çəkir. Hər iki poema hamının bildiyi bir mövzunu qələmə alır, başqa bir poemasında hekayəti danışan isə caduya uğramış adama bənzəyir. Çox danışan bu adam quşu çıxarıb havaya buraxır ki, matəm mərasimində iştirak etsin. Başqa bir poemasında isə hekayət söyləyən birinci şəxs kimi danışır, hadisələrin şahidi olduğunu iddia edir.
Şekspirin hekayət poemalarının hamısı birbaşa və ya dolayı yolla, Ovidinin əsərlərindən götürülmüşdür. Qədim Romanın dahi şairinin mifoloji xarakterli "Metamorfozalar"ı latın dilindən ingilis dilinə tərcümədə 1567-ci ildə çap olunmuşdu, onlar bir-biri ilə qarşılaşan sehrli əhvalatlarla və təəccüblü dəyişikliklərlə dolu idi. Şekspir ondan "Venera və Adonis"i çıxarmışdı. Ovidinin "Fasti"si və ya "Xronikalar"ı isə Lukretsiyanın zorlanması üçün Şekspirə material təklif etmişdi.
"Venera və Adonis"
Şekspirin sağlığında heç bir əsəri erotik və əyləncəli olmaqda "Venera və Adonis" kimi daha populyar olmamışdı. Ovidinin "Metamorfozalar"ına əsaslanan bu əsər 1592-1593-cü illərdə yazılmışdı.
Renessansın görkəmli nümayəndəsi, böyük Venetsiya rəssamı Titsian (1489-1576-cı illərdə yaşamışdır) Şekspirdən xeyli əvvəl "Venera və Adonis" mövzusuna müraciət edərək, İspaniya kralı II Filipp üçün altı variantda gözəl tablolar yaratmışdır. O da Şekspir kimi Ovidinin "Metamorfozalar"ından ilhamlanmış, əsərin 10-cu kitabındakı süjetdən istifadə etmişdir. Tabloda gənc Adonisə ilk baxışdan vurulmaqla, ehtirasla onun çılpaq bədənini qucaqlayıb, qoltuğunun altının aşağısından öpən Venera təsvir edilmişdir. Onların hər ikisi gözəllik simvolu sayıla bilər, yeniyetmə Adonis isə daha cazibədardır, müqayisədə geniş təsvir edilən onun sifətindən gənc oğlana məxsus olan füsunkarlıq yağır və ona görə də ona qarşı ehtirası aşıb-daşan Veneranı da qınamaq olmur.
(Ardı var)