(Əvvəli ötən çərşənbə saylarımızda)
Titsianın həmin şedevr əsərləri Madriddəki Prado muzeyində, Nyu- Yorkun Metropoliten muzeyində və Londondakı Britaniya Milli Qalereyasında nümayiş etdirilir. Altı tablodan birinin sahibi Müqəddəs Roma İmperiyasının məşhur sərkərdəsi, Avstriya ordusunun 30 il ərzində baş komandanı olmuş generalisumus Yevgeni Savoylu (1663-1736-cı illərdə yaşamışdır) olmuşdu.
Bu kontekstdə müəllif heç də öz pyeslərində etiraf etdiklərini seçməmişdi, güman ki, öz müasirləri ilə razılaşmışdı ki, pyeslər poemalarla müqayisədə aşağı səviyyəli hesab olunur. Elə görünür ki, o, "Venera və Adonis"ə özünün ilk həqiqi ədəbi əsəri kimi baxır, poemanın dəqiq işlənmiş dili vardır, qiymətli formal cizgilər və qayğıkeşliklə tarazlaşdırılmış quruluş həmçinin güman etməyə imkan verir ki, ədəbi nüfuza yiyələnmək üçün müəllif onu məhz bu qaydada düzəltmişdir. Ləngiməyən müvəffəqiyyət belə bir fikri təsdq etmişdi ki, yeni dramaturq həm də istedadlı şairdir.
Günortaların birində Adonis ov etməyə çıxmışdı, lakin Venera onun gözəlliyndən alovlanaraq, atın belindən onu yerə yıxır. Və təklif edir ki, yalnız "bir şirin öpüş" mübadiləsinə görə onu azad edəcəkdir. Adonis razılaşır, lakin sonra özünün indicə vəd etdiyi öpüşdən imtina edir. Venera sonra tərifləmək, həm də tənqid etmək yolu ilə onu şirnikləndirmək istəyir, axırda "təbiətin qanununu" müdafiə edərək, günorta günəşinin istisində, ot üstündə qəşəng cavan oğlanın yanında uzanır. Lakin Adonis günəşin yandırmasından qorxub, çıxıb getmək istəyir. Venera göz yaşları axıdanda, Adonisin yanağındakı dəf olunmayan batıqlar qızın sonrakı işgəncələrinə səbəb olur.
Hələ də ov etmək niyyətində olan Adonis ayağa qalxır, lakin onun ayqırı madyanın baxışları ilə seksual qaydada cuşa gəlib, meşəyə qaçmışdı. Adonis qaşqabağını salladı, bu vaxt Venera sevilmək üçün meydana gələn imkandan yapışdı. Adonis isə yalnız qaban ovunu xoşlayırdı və həmçinin sevişmək üçün çox cavan idi.
Veneranın ürəyi gedir. Adonis onun öldüyünü düşünüb, öpüşü ilə onu diriltməyə çalışır. Veneranın qüruru üçün "kədər gecəsi bu vaxt gündüzə çevrilir". Adonis görür ki, real gecə düşür və getməmişdən əvvəl yalnız daha bir öpüş verməsi ilə razılaşır. Cütlük öpüşərək hərarətlə qucaqlaşmaqla, arxaları üstündə torpağın üzərinə yıxılırlar. Bu, Veneranın daha böyük ehtirasını alovlandırır. Qız soruşur ki, "onlar sabah görüşəcəklərmi", lakin cavab "yox" sözü olur. Adonis deyir ki, o, dostları ilə qaban ovuna gedir.
Venera peyğəmbərlik edir ki, əgər o, az qəzəbli olan heyvanı ovlamasa, özü öləcəkdir. Artıq gecə düşdü və Adonis yoldaşlarının dəstəsinə qoşulmağa getdi. Venera oğlanla mübahisə edirdi ki, aysız gecə oğlanı qalmağa və onunla sevişməyə dəvət edir. Adonis isə etiraz edirdi, deyirdi ki, onun məhəbbət adlandırdığı əslində faktiki olaraq təhqiramiz bir şəhvətdir. Axırda o, qaçıb getdi. Veneranı tək və kefi pozulmuş bir şəkildə tərk etdi.
Təbiət guşəsində dolaşan Venera əvvəlcə ətrafa diqqətlə qulaq asır, sonra oxuyur, onun yalvarışlı səsinin əks-sədası uzaqlara yayılır. Nəticədə torağayın oxumağı gündüzün gəldiyini xəbər verir, Veneranı qorxu hissindən xilas edir. Ov itlərinin hürməsi onu öz təşviş mənbəyinin üstünə cummağa sövq edir. Qabanın ağzını qana bulaşmış gördükdə, Venera əks istiqamərdə gedir. Ovçuların uzaqdan gələn səsləri onu inandırır ki, Adonis sağdır. Onu salamlamaq üçün uçan Venera Adonisin qanlı cəsədini gördükdə isə ağır zərbə alır.
Elegik sözləri onun cəsədi üstündə deyən Venera görür ki, oğlanın xayası vəhşi heyvan tərəfindən parça-parça edilmişdir. Onun ağlına gəldi ki, qaban hətta Adonislə eşq yaşamalı imiş. O, etiraf etdi ki, arzu etdiyi kimi oğlanı ehtirasla öpsəydi, hətta öz sevgilisini öldürə bilərdi. Üzünü Adonisin qanına bulayıb, Venera peyğəmbərlik etdi ki, bundan sonra kədər daim onun məhəbbətini müşayiət edəcəkdir. Adonisin bədəni sonra "onun gözündən buxar kimi" əriyəcəkdir və onun qanından torpaq üzərində lalə çiçəyi meydana gələcəkdir və and içdi ki, daim bu çiçəyi öpəcəkdir. Sonra öz arabasına minib, evinə qayıtdı və Adonisə matəm saxladı.
Hekayət söyləyən Veneranın Adonisə təcavüzkar xarakterli seksual iştahını təsvir edir.
"Bu vaxt iti arzu istədi öz ov bəhrəsini tutsun.
Acgöz kimi o, qidalansa da, lakin doymadı.
Qalib gəldi qızın dodaları, oğlanınkı təslim olsun.
Təhqiramiz hazırlıqla ödədi girovunun haqqını
Kimin quzğunu düşünür ki, belə yüksək haqq ödəsin.
Qız varlı xəzinə olan dodaqları xeyli soracaqdır, yəqin".
Şekspir günlərində populyar olan və kvarto nəşriyyatında 1675-ci ildə nəşr olunan "Venera və Adonis" XVII əsrin sonunda qəflətən məşhurlaşdı. 1194 sətirdən ibarət olan poema utancaqlıq tonunu dəyişdirdi. Romantik era ərzində şairlər Koleric və Kints bu poemadan ilhamlandılar, çünki əsər Yer üzünə məxsus ehtirasın və klassik mövzuların qarışığı idi.
Ovididə Veneranın Adonisə məhəbbəti onun özünə qayıdır. Şekspirin isə daha insani xarakter daşıyan Venerası yalnız buna gəlib çıxa bilir, bəzi vaxtlarda uğurun zarafatcıl qatışması ilə yanaşı, qız sevgilisini şirnikləndirməyə müvəffəq olur.
"Lukretsiyanın zorlanması" poeması
"Lukretsiyanın zorlanması" axırıncı Roma çarı Məğrur Tarkvinin oğlu tərəfindən dostunun ləyaqətli arvadını əfsanəvi zorlamasına həsr olunmuşdur. Poema qaranlıq mövzunu nəql etdiyindən qəliz dildə yazılmaqla, güman etməyə imkan verir ki, bu, "ciddi zəhmətin" bəhrəsi ola bilər. Şekspir iddia edirdi ki, özünü bu əsəri yazmağa həsr etməklə, onu heç də Ovidinin "Fasti"sinə və ya "Xronikaları"na bənzətməmişdi. Şekspir, diqqəti qəhrəmanlarının və onların faciəvi təcrübələrinin artikulyasiyası üçün tapdığı səslər üzərində cəmləşdirmişdir. Ritorik düşüncə və əxlaq da nəzərdən keçirilir. Şekspir versiyası həm də dramatik qaydada qurulmuşdur.
Şekspir özü qədim əhvalatı qələmə ala bilməklə, antik Roma dövründə baş verən hadisələri öz poemasında yekunlaşdırır. "Lukretsiyanın zorlanması"nda çar Məğrur Tarkvini taxt-taca gəldiyi yolda qətllər törədir və sonra Ardeaya qarşı müharibəyə başlayır. Orada ordu liderləri bir gecə öz arvadlarının ləyaqətlərini müqayisə edirlər və sonra Romaya qayıdırlar ki, öz iddialarını təsdiq edə bilsinlər. Təkcə Lukretsiyadan başqa bütün arvadlar özlərinin pis davranışları ilə fərqlənirdilər. Lukretsiya öz ismətinə görə məşhurlaşmışdı və onun əri Kollatin mərci uddu. Lakin mübahisə edən cavanlardan biri, çarın oğlu olan Sekst Tarkvini Lukretsiyanı görmək üçün şəhvət düşkününə çevrilir. Digərləri ilə düşərgəyə qayıtdıqdan sonra, o, oğurluq şəkildə, tək qaydada Kollatiuma qayıdır. Lukretsiya öz evində onu nəzakətlə salamlayır. Müəllifi məlum olmayan "Arqument" nəsr əsərində zorlama və onun siyasi nəticələri sonra verilir. Şekspirin əsərinin özündə isə əhvalat zorlamadan başlayır.
Tarkvini Ardeadan Kollatiuma tələsir. Orada isə namuslu Lukretsiyaya bu adamın ona şəhvət bəsləməsi məlum deyildir. Lukretsiya Tarkvinini hərarətlə qəbul etdikdən sonra, şən qaydada şam yeməyinə qonaq edir və hər ikisi istirahət etməyə gedir. Lakin Tarkvini öz yatağından qalxıb, planlaşdırdığı zorlamanı həyata keçirmək istəyir. Arzusundan və qorxusundan işgəncəyə məruz qalan Tarkvni Lukretsiyanın otağına girir, yoxlasın ki, o, yatmışdırmı. O, öz şəhvətini dəf etməyə çalışır. Lakin "onun təbil çalan ürəyi" əlinə təzyiq göstərir ki, Lukretsiyanın döşünün "mavi damarlarını" ovcunda sıxmaqla əzizləsin. Lukretsiya oyanıb, çalışır ki, ona hücum edəni ağıllandırsın, lakin o, qızı öldürməklə hədələyir və onu zorla güzəştə getməyə məcbur edir. Tarkvini Lukretsiyaya zorakılıq edir, sonra özündən zəhləsi getmiş şəkildə qaçır, gündüzün gəlməsini gözləyir.
Təklikdə Lukretsiya Gecəyə, öz əri Kollatinə, İmkana və Zamana müraciət edir. Nəhayət, qadın öz həyatına qəsd etməyi qərara alır. Gün çıxanda, Lukretsiya çox istəyir ki, nə baş verdiyini Kollatinə danışsın ki, o, arvadının qisasını ala bilsin. O, məktub yazır, ərindən xahiş edir ki, evə qayıtsın.
Lukretsiya Troyanın rəsmlərdə təsvir olunan məğlubiyyətinin detalları ilə təskinlik tapır. Lakin Troya kimi hərəkət etsə, o, qərara alır ki, xəyanət etməli olacaq və mühasirəyə düşəcəkdir. Dırnaqları ilə talodakı Sinonun bədəninin təsvirini cırmaq istəyir. Bu ikiüzlü yunan əsgəri troyalıları aldadır ki, şəhər divarlarının daxilində onların hədiyyə etdikləri Troya atına "xoş gəlmisən" desinlər.
Kollatin Lukretsiyanın atası və Roma lordları ilə birlikdə gəlir, onlar qızın qüssəli görünüşünə təəccüb edirlər. Lukretsiya onu zorlayanın adını çəkmədən onlara nə baş verdiyini danışır və belə bir vəd sözü alır ki, onlar mütləq qisas alacaqlar. Onlar razılaşırlar, lakin qadın cinayətkarın adını tələffüz etməmişdən əvvəl özünü xəncərlə vurur və yıxılır. Atası və əri onun dərdinin böyük olduğunu müzakirə edirlər, buna qədər isə Kollatin üzünü Lukretsiyanın qanına batırır. Lukretsiyanın döşündən çıxan səsdən "Tarkvini" adını eşidir. Brut qeyd edir ki, Lukretsiya Romaya bənzəməklə, Tarkvini tərəfindən təhqir edilmişdir. Nəticədə hekayət danışan bunu onunla əlaqələndirir ki, Lukretsiyanın bədəni bütün şəhərdə nümayiş etdiriləndə, romalılar çar Tarkvinini taxt-tacdan qovdular. Axırıncı, yeddinci çarın qovulması ilə Romanın dövlət quruluşu da dəyişdi. B.e.ə. 510-cu ildə Roma respublikası meydana gəldi. Bu respublika yarım minilliyə yaxın şərəfli ömür sürdü.
"Lukretsiyanın zorlanması" poemasında Şekspir yeni şeir növünü tətbiq etdi. Təəssüf ki, XX əsrə qədər poema, ümumiyyətlə, itirilmiş təsiri bağışlayırdı, hətta sonra da poema başlıca olaraq Şekspir pyesləri barədə məlumat veriləndə və ya onun istedadının boy atması dövru qeyd ediləndə öyrənilirdi. Onun yaralı dili təsirli olmaqla, yeni şair nəsillərinə təsir göstərdi. 1960-cı illərdə siyasi və seksual qaydasızlıqlara, hippi hərəkatının genişlənməsinə görə bu mövzuya diqqət artırıldı. Zaman keçdikcə "Lukretsiyanın zorlanması" poemasının əhəmiyyəti yaddan çıxmayan bir əsər kimi böyüdü.
"Sevgilinin şikayəti" poeması
1609-cu ildə Şekspirin sonetləri ilə birlikdə "Sevgilinin şikayəti" poeması çap olundu. Uzun müddət düşünülürdü ki, bu, guya digər şairin əsəridir və 1960-cı ilə qədər Şekspirin müəllifliyi təsdiq olunmamışdı. Bu poemanı Şekspir 1603-1609-cu illərdə yazmışdı, bu vaxt ictimai teatrlar yenidən bağlanmışdı. Bu gün "Sevgilinin şikayəti" sonetlərdən kənarda nadir hallarda oxunur, onun mövzusu gənc qadının dilindən nəql olunur.
Hekayət deyir ki, bir kişi vadidə olanda ağı deyilməsinin əks-sədası onu çay sahilinə gətirib çıxardı, burada gənc bir qız ağlaya-ağlaya öz kədərinin səbəbini açıb danışaraq, məhəbbət rəmzini isə palçığın içinə atırdı. Mal-qara otaran yaşlı adam onun yanına gəlir ki, təsəlli versin. Qız danışırdı ki, ona vurulan cavan oğlanın lətafəti oxşar qaydada kişiləri və qadınları məftun edirdi. Hətta onun məlum reputasiyasını qız xilas etmişdi. O deyirdi ki, çoxları tərəfindən seviləndə heç vaxt başqasını sevməmişdir. Onu arzuladıqlarının arasında bir rahibə də var imiş. Qız hazırlaşırmış ki, ona olan məhəbbətinə görə Allaha məhəbbətindən imtina etsin. Lakin qısa şəkildə deyirdi ki, digərlərindən hər cür məhəbbəti almışdı və heç vaxt qaytarmamışdı. O, həmçinin aldığı bütün məhəbbət rəmzlərini, qiymətli əşyalar və "dərin beytli sonetlər" də daxil olmaqla, ona verildiyini söyləmişdi.
(Ardı var)