525.Az

"Turan Tovuz"un futbolçusu oynadı, Moldova millisi qalib gəldi


 

"Turan Tovuz"un futbolçusu oynadı, Moldova millisi qalib gəldi<b style="color:red"></b>

Avro-2024-ün seçmə mərhələsində 6-cı turun oyunları keçirilir.

525.az Qol.az-a istinadən xəbər verir ki, "Turan Tovuz"un futbolçusu Denis Marandiçinin çıxış etdiyi Moldova millisi səfərdə Farer adaları ilə qarşılaşıb.

Oyun Moldova millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 53-cü dəqiqədə Vadim Rata vurub.

Start heyətdə meydana çıxan Denis Marandiçi 90 dəqiqə meydanda olub.

 





10.09.2023    çap et  çap et