525.Az

Azərbaycan millisi İordaniyaya qalib gəldi


 

Azərbaycan millisi İordaniyaya qalib gəldi<b style="color:red"></b>

Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

525.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda İordaniya ilə qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Azərbaycan millisi tarixində üçüncü dəfədir İordaniya ilə üz-üzə gəlib.

Azərbaycan yığması bundan əvvəl iki dəfə İordaniya ilə qarşılaşıb.  2004-cü ilin avqustunda komandalar 1:1 hesablı hesablı heç-heçə ediblər. 2010-cu ilin fevralında Azərbaycan millisi 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi bu ay Avro-2024-ün seçmə mərhələsində Belçikaya uduzub - 0:1. İordaniya isə yoxlama matçında Norveçə 0:6 hesabı ilə məğlub olub.

12 sentyabr

20:00 Azərbaycan - İordaniya - 2:1 

Qollar: Emin Mahmudov, 45+1-pen.(1:0), Nizar Əl Raşdan 57 (1:1), Renat Dadaşov, 79

"Dalğa Arena"

 





12.09.2023    çap et  çap et