525.Az

Fransaya qarşı terror ittihamı irəli sürülə bilər


 

Fransaya qarşı terror ittihamı irəli sürülə bilər<b style="color:red"></b>

İtaliyanın keçmiş Baş naziri Culiano Amatonun 43 il əvvəl Liviya lideri Müəmmər Qəddafini öldürmək məqsədilə İtaliya sərnişin təyyarəsinin vurulmasına və bunun nəticəsində 81 nəfər sərnişinin həlak olmasına görə Fransanın məsuliyyət daşıya biləcəyi haqqında açıqlaması gündəmə bomba kimi düşdü. Hadisənin baş verməsidən ötən 43 ildə, xüsusilə ilk vaxtlar 81 sərnişinin həlak olmasına səbəb olan təyyarənin partlaması ilə bağlı çoxsaylı fərziyyələr irəli sürülüb. İlk rəsmi fərziyyə təyyarənin gövdəsində problemlərin olması idi. Yəni səbəb kimi texniki problemlər göstərilirdi. Bu fərziyyə qısa zamanda təkzib edildi. Çünki təyyarəyə müntəzəm texniki xidmət göstərildiyi məlum oldu.

Bundan sonra təyyarənin göyərtisində bomba olması və terror aktı nəticəsində qəzaya uğraması ilə bağlı fərziyyə irəli sürüldü. Bu fərziyyə əvvəlkidən daha yaşarlı oldu. Çünki həmin dövr solçu və ifrat sağçı terror təşkilatlarının meydan suladığı, mütəmadi olaraq terror aktları həyata keçirdiyi dövr idi. Hətta təyyarənin partlamasından bir həftə sonra Bolonya qatar stansiyasında baş verən partlayış nəticəsində 85 nəfər həlak oldu, 200 nəfərdən çox insan yaralandı. Təyyarənin göyərtəsində bomba olması fərziyyəsinin tərəfdarları bu terror aktının arxasında Fələstinin radikal qruplarının ola biləcəyinə iddia edirdilər. Səbəb kimi isə Fələstin Qurtuluş Xalq Cəbhəsinin 1979-cu ildə Bolonyada silah alveri ittihamı ilə həbs edilən üzvünün qisasını almaq göstərilirdi. Təyyarənin partlamasına görə ABŞ və ya Fransanın aviasiyasının səbəb ola biləcəyi ilə bağlı da fərziyyələr mətbuatda yer alırdı. İllərlə aparılan araşdırmalar təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı dəqiq cavab verməyib və fəlakətlə bağlı məhkəmə prosesləri nəticəsiz qalıb.

İndi isə hadisədən 43 il sonra Fransa ittiham olunur. Əgər bu fərziyyə təsdiqlənsə və ya əlavə dəlillərlə gücləndirilsə, Fransa ciddi siyasi problemlə üzləşəcək. Hazırda Afrika ölkələrində ciddi etirazlarla qarşılaşan Fransa bu fərziyyənin təsdiqlənəcəyi halda terrorçuluqda da ittiham oluna bilər. Belə bir vəziyyətdə Afrikadan Cənubi Qafqaza kimi çox geniş coğrafiayada çoxsaylı ittihamlara üzləşən Fransanın mövqeyi daha da zəifləyəcək. Üstəlik, 43 il ərzində bu məsələnin gizlətməsi Fransanın əleyhinə işləyəcək. Rusiyanın Ukrayna səmasında sərnişin təyyarəsinin partladılmasına görə çoxsaylı ittihamlarla üzləşdiyi indiki zamanda Fransanın 43 il ərzində bu cinayəti gizlətməsini Parisə bağışlamayacaqlar.

Qeyd edək ki, bu fərziyyə ilk dəfə 2008-ci ildə 1980-ci ildə İtaliyanın Baş naziri və daha sonra Prezidenti olan Françesko Kossiqa tərəfindən səsləndirilib. Kossiqa iddia edirdi ki, bu məlumatı ona o vaxt hökumətin üzvü olan Culiano Amatoya verib. İndi isə ittiham kimi səslənən bu fərziyyəni Culiano Amato şəxsən özü irəli sürür.

 

 

 

 





14.09.2023    çap et  çap et