525.Az

Valideyn-övlad münasibətləri mövzusunda seminar keçirilib


 

Valideyn-övlad münasibətləri mövzusunda seminar keçirilib<b style="color:red"></b>

İndiki yüksək texnologiya, qlobal kiber-məkan, eləcə də onunla bağlı olaraq dünyanı bürümüş  qarmaqarışıq informasiya əsrində, ailədaxili münasibətlərin düzgün tənzimlənilməsinə nail olmaq valideynlərdən daim gərgin və çevik səylər tələb edir. Bu xüsusda övladların müxtəlif yaş hədlərindəki fiziki, mənəvi-psixoloji durumları, eləcə də cəmiyyətin ab-havasının, təlim-təhsil proseslərinin onlara təsir dərəcələri kimi amillər mütləq nəzərə alınmalıdır.

Samuxda keçirilən valideyn-övlad münasibəti mövzusundakı seminar-təlimdə də bu məsələlərdən söhbət gedib. Tədbir "Bələdiyyə Resurs və Təlim Mərkəzi" İctimai birliyi tərəfindən "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir" layihə çərçivəsində keçirilib. Layihənin icra planına uyğun olaraq yerlərdə ailədaxili münasibətlərə dair valideynlər arasında maariflənmə işləri davam etdirilir. Samux rayonunun Sərkar kəndində də 25 valideynə müvafiq təlim keçirilib. Təlim zamanı ideal valideynlik, valideyn məsuliyyəti, valideyn-övlad münasibətində anlaşılmazlıqların xarakteri, konfliktlər və onların həlli yolları, övladlarla sağlam münasibətə nail olmaq üsullarından söhbət açılıb.

Praktik situasiyaların mahiyyətinin açılması misalları ilə də zəngin olan təlim valideynlər tərəfindən böyük maraqla qarşılanıb.

Zakir MURADOV

Samux-Gəncə

 





14.09.2023    çap et  çap et