Bu gün Misli Premyer Liqasında 6-cı tura yekun vurulacaq.
525.az xəbər verir ki, 3-cü oyun günü üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Oyun 2:2 hesabı ilə yekunlaşıb.
Turun maraqla gözlənilən oyununda son çempion "Qarabağ" öz meydanında ötən mövsümün 2-cisi olan "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
Qeyd edək ki, turun ilk 3 oyunu 15 və 16 sentyabr tarixlərində keçirilib.
17 sentyabr (bazar)
16:30. “Turan Tovuz” – “Qəbələ” - 2:2
Qollar: Fərid Nəbiyev, 56 (1:0), Belajdi Pusi, 59 (2:0), Osama Xalayla, 72 (2:1), 78-pen. (2:2)
Qırmızı vərəqə: Xəqani Məmmədov, 30 ("Qəbələ", məşqçi)
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Tovuz şəhər stadionu
19:30. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu
15 sentyabr (cümə)
17:00. “Zirə” – “Sumqayıt” - 1:0
16 sentyabr (şənbə)
“Kəpəz” – “Səbail” - 0:3
“Araz-Naxçıvan” – “Neftçi” - 1:0