ABŞ Senatı sahibkar İlon Maskın 2022-ci ildə Ukrayna üçün Krımda "Stralink"ə icazə verməməsi ilə bağlı araşdırmaya başlayıb.
525.az xəbər verir ki, bu barədə senator Cek Rid "Bloomberg"ə məlumat verib.
“Komitə bu məsələni bütün istiqamətlərdən intensiv şəkildə araşdırır. Senator bildirib ki, "Starlink"dən istifadə ilə bağlı hesabatlar milli təhlükəsizlik öhdəliklərində ciddi boşluqları aşkar edib”, - deyə agentlik yazır.
Qeyd edək ki, bundan əvvəl Maskın "Starlink"in bir hissəsinə nəzarəti Pentaqona ötürmək istəyi məlum olub. Sahibkarın köməkçisi Valter İsaakson aydınlıq gətirib ki, söhbət "Starlink"in Ukraynadakı münaqişədə istifadə olunan hissəsindən gedir.
Havar Şəfiyeva