525.Az

ABŞ-də yarış zamanı təyyarələr toqquşdu


 

ABŞ-də yarış zamanı təyyarələr toqquşdu<b style="color:red"></b>

ABŞ-də Nevada ştatının Reno şəhərində keçirilən şouda hava yarışı zamanı iki təyyarə toqquşub.

525.az xəbər verir ki, bu barədə "Reno Air Racing Association" sosial media səhifəsində məlumat verilib.

Məlumatda hər iki pilotun həlak olduğu bildirilib. Assosiasiya Milli Nəqliyyat Təhlükəsizliyi Şurası, yerli hakimiyyət orqanları və ABŞ-nin Federal Aviasiya Administrasiyası ilə birlikdə insidentin səbəblərini araşdırır. 

Qeyd edək ki, tamaşaçılardan heç biri xəsarət almayıb.

Havar Şəfiyeva

 





19.09.2023    çap et  çap et