Fransa Alp dağlarında xizək kurortu qlobal istiləşmə nəticəsində qarın olmaması səbəbindən xizək mövsümünü cəmi bir neçə həftəyə endirdikdən sonra qapılarını həmişəlik bağlayıb.
525.az xəbər verir ki, Fransanın Trois Vallees xizək sahəsi yaxınlığında yerləşən kiçik ailə kurortu "La Sambuy" keçən mövsüm cəmi bir ay açıq idi.
La Sambuy şəhərinin meri Jak Daleks: "Dekabrın 1-dən martın 30-dək kurortda demək olar ki, hər gün qar yağrdı. Lakin 2022/23 mövsümündə cəmi dörd həftə qar yağıb, hətta o vaxt da çox qar olmayıb", - deyib.
Qeyd edək ki, Daleksin sözlərinə görə, illik 80 min avro dəyərində liftləri bu qədər qısa müddət ərzində işlətmək maliyyə baxımından əlverişli deyil.
Məhəmməd Tağıyev