525.Az

FİFA reytinqi: Azərbaycan millisi neçəncidir?


 

FİFA reytinqi: Azərbaycan millisi neçəncidir?<b style="color:red"></b>

Azərbaycan millisinin sentyabr ayı üçün FİFA reytinqindəki mövqeyi açıqlanıb.

525.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda mövqeyini dəyişməyib.

Yığmamız 1147 xalla əvvəlki kimi 121-ci sırada qalıb.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.

İlk “10-luq”da həmçinin İngiltərə, Belçika, Xorvatiya, Niderland, Portuqaliya, İtaliya və İspaniya yer alıb.

 





21.09.2023    çap et  çap et