525.Az

AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıb


 

AMB valyuta hərracında banklara satılan dolların həcmini açıqlayıb<b style="color:red"></b>

21 sentyabr 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

525.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 45.5 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 71% çoxdur. Belə ki, 19 sentyabr tarixində keçirilən valyuta hərracında banklar 26.6 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

 





21.09.2023    çap et  çap et