525.Az

Azərbaycanda gələn il icmal büdcə 42 milyard manata yaxın olacaq


 

Azərbaycanda gələn il icmal büdcə 42 milyard manata yaxın olacaq<b style="color:red"></b>

2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 38 milyard 578,1 milyon manat, xərclərinin isə 41 milyard 956,8 milyon manat olacağı gözlənilir.

525.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 1,7 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 378,7 milyon manat kəsir yaranmalıdır. Xatırladaq ki, builki proqnoz 1 milyard 790,3 milyon manatdır.

 





21.09.2023    çap et  çap et