525.Az

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib


 

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib<b style="color:red"></b>

Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan 525.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Sumaylı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 500 kiloqram olan 5094 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 





21.09.2023    çap et  çap et