525.Az

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib


 

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib<b style="color:red"></b>

Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.

Hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.

Peşəkar hərbi həkimlərimiz tərəfindən erməniəsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.

 





21.09.2023    çap et  çap et